Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

ICANN “Fellowship” və “NextGen” proqramlarında iştirak üçün qeydiyyat elan edib


Bu gün, 2016-cı ilin mart ayında Mərakeşdə keçiriləcək “ICANN55” konfransı çərçivəsində “Fellowship” və “NextGen” proqramlarında iştirak üçün qeydiyyat raundu açıq elan edilib.
 
“ICTnews” xəbər xidmətinin ICANN-ın rəsmi saytına istinadən verdiyi məlumata əsasən, raund oktyabrın 16-dək davam edəcək, uğurlu namizədlərin adları isə bu il dekabrın 11-də təşkilatın rəsmi saytında dərc ediləcək.
 
Fellowship ICANN” proqramının məqsədi inkişaf edən ölkələrdən iştirakçılar axtarmaq və bu sahə ilə bağlı daha çox məlumatlı subyektlərin dairəsini genişləndirməkdir.
 
 “Fellowship” proqramı 2007-ci ildən etibarən fəaliyyət göstərir, ICANN və internetin idarəetməsində iştirak edən digər təşkilatlar üçün mütəxəssislər qrupunun yaradılmasına kömək edir.
 
“NextGen@ICANN” proqramı isə təlim və maarifləndirmə məqsədi daşıyır, daha gənc iştirakçılardan ibarət olan kiçik qruplar və əsasən regionlar üçün nəzərdə tutulub.
 
Namizədlərin yaş həddi 18-30 yaş arasında olmalıdır, onlar konfrans keçirilən regionda olmalıdırlar və ali məktəblərdən birində təhsil almalıdırlar. Hər seçilən iştirakçı birliyə aid olan 5-10 dəqiqəlik məlumat paylaşmaq imkanına malikdir. Son məlumatların mövzusu internetin idarə edilməsi, DNS və internetin gələcəyi ilə bağlıdır.
 
Aynur Vəliyeva
 




15/09/15    Çap et