Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Təhlükəsizlik üzrə aparat vasitələri bazarının həcmi 23 rüb ardıcıl artır


«International Data Corporation» («IDC») şirkətinin analitikləri informasiya təhlükəsizliyinin təmini üçün nəzərdə tutulmuş qurğulara  tələbatın sabit artımını təsdiqləyiblər. «Cisco» şirkəti bu məhsulun ən böyük istehsalçısı olaraq qalır.
 
 
«ICTnews.az» saytı «dailycomm.ru» saytına istinadən yazır ki, 2015-ci ilin birinci yarısında şirkətlərin şəbəkə mühafizəsi üzrə aparat vasitələrinin satışından ümumi gəliri 4,9 milyard dollar təşkil edib ki, bu da ötən illə müqayisədə 9,6 faiz yüksəkdir.
 
 
Artıq 23 rüb ardıcıl bu bazarda artım qeydə alınıb.
 
 
Təhlükəsizlik aparat vasitələrinin satış həcmi üzrə ən böyük artım tempi Asiya-Sakit okean regionunda (Yaponiya istisna olmaqla) qeydə alınıb. 2015-ci ilin ikinci rübündə bu regionda istehsalçıların gəliri və tədarük həcmi ötən illə müqayisədə müvafiq olaraq 21,6 faiz və 17,6 faiz yüksəlib.
 
 
«Cisco» şirkəti əvvəlki tək informasiya təhlükəsizliyinin təmini üçün nəzərdə tutulmuş qurğuların ən böyük satıcısıdır.
 
 
Emil Hüseynov




15/09/15    Çap et