Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Amerikada elektromaqnit şüanın olmadığı kənd


Amerikanın Qərbi Virciniya ştatında yerləşən Qrin-Benk adlı kəndin onlarla sakini iddia edir ki, onlar mobil telefon, “Wi-Fi” ötürücü və digər elektron avadanlıqlardan çıxan elektromaqnit şüanın təsirinə qarşı daha həssasdırlar.

Əvvəllər Amerikanın başqa şəhər və rayonlarında yaşayan və daha sonra Qrin-Benk kəndində məskunlaşan insanlar qeyd ediblər ki, əvvəllər onlar bir çox xəstəliklərdən şikayətlənsələr də, adıçəkilən kəndə köçdükdən sonra vəziyyət tamamilə dəyişib.

Məsələn, Diana Şu adlı amerikalı uzun müddət Ayova ştatında fermada yaşayıb. Qadının sözlərinə görə, Qrin-Benk kəndinə köçənə qədər o, baş ağrıları, dəri qaşınması, görmə zəyifliyi və sinə sahəsində olan ağrılardan əziyyət çəkib. Diana Şu əmindir ki, bütün bu xəstəliklər mobil stansiyalardan ötürülən şüalanma nəticəsində yaranıb.

“Hətta şüalanmadan qorunmaq üçün həyat yoldaşım elektrik sahədən müdafiə edən "Faradey qəfəsi" hazırladı və mən Qrin-Benk kəndinə köçənə qədər orada yaşadım”.

Maraqlıdır ki, Qrin-Benk kəndində elektromaqnit sahəsi yaradan istənilən qurğu qadağan edilib.

Kənddə cəmi 143 insan yaşayır. Qəsəbədə Milli radio astronomik rəsədxananın böyük radio teleskopu yerləşdirilib. Teleskopdan 33 min kvadrat kilometr radiusda maneələrdən müdafiə məqsədi ilə simsiz elektronikadan istifadəyə icazə verilmir.




14/09/11    Çap et