Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

2019-cu ildə daşınan elektronikanın tədarükü 173,4 milyon ədədə çatacaq


“IDC” analitik şirkətinin qiymətləndirməsinə görə, 2015-ci ildə dünyada daşınan elektronikanın tədarük həcmi 163,6 faiz artaraq 76,1 milyon ədəd təşkil edəcək.

Ötən il bu göstərici 28,9 milyon ədəd olub. 2019-cu ilədək bazarın həcmi 173,4 milyon qurğuya çatacaq.

Bu isə o deməkdir ki, qeyd olunan müddətdə ortaillik artım tempi 22,9 faizə bərabər olacaq.
 
Bazarda ən sürətli inkişaf edən və perspektivli kateqoriyalar kimi mütəxəssislər biləyə taxılan smart qurğuları qeyd edirlər. Bura kənar tərtibatçıların proqramını işə salmağa imkan verən kompüterləşmiş saatlar və bilərziklər daxildir. Artıq satışda olan qurğular siyahısına “Apple Watch”, “Motorola Moto 360”, “Samsung Gear S”, “Pebble Time” və digərləri daxildir. Analitiklərin fikrincə, gələcəkdə bu tip qurğuları daha çox istehsalçılar buraxmağa başlayacaq və bunun nəticəsində bazarın həcmi artacaq, potensial alıcıların çoxlu seçim imkanı olacaq.  
 
Bununla əlaqədar ekspertlər xəbərdarlıq edirlər ki, istifadəçilər qurğunun hansı əməliyyat sisteminin idarəetməsi ilə işləməsinə diqqət yetirməlidirlər, çünki platformadan asılı olaraq müxtəlif smart saatlar smartfonların əməliyyat sistemlərinin müəyyən versiyaları, bəzən isə ayrı-ayrı smartfon modelləri ilə uyğun gələcək.
 
Tədqiqatda həmçinin smart qol saatlarının proqram platforması baxımından bazardakı mövqeyi ilə bağlı proqnoz yer alıb. Mütəxəssislərin qənaətinə görə, 2015-ci ildə “Apple Watch” saatında istifadə olunan “watchOS” sistemi lider olacaq. Platformanın payı 58,3 faizə çatacaq, bu sistemli qurğuların tədarük həcmi 13,9 milyon ədədə bərabər olacaq. 2019-cu ildə tədarükün 40,3 milyon ədədədək artacağı, payın 47,4 faizədək azalacağı bildirilir ki, bu da platformaya birinci yerdə qərarlaşmağa mane olmayacaq.
 
İkinci yeri "Android/Android Wear” tutacaq. Cari ildə bu əməliyyat sistemlərindən qol smart qurğularının 17,4 faizində, 2019-cu ildə 38,4 faizində istifadə ediləcək. Hesabat dövründə "Android” və “Android Wear” əməliyyat sistemlərinin idarəetməsi ilə işləyən qurğuların tədarükü müvafiq olaraq 4,1 və 32,6 milyon ədəd səviyyəsində gözlənilir.
 
Liderlər beşliyinə mütəxəssislər həmçinin "Pebble OS”, “Tizen” və "RTOS” universal platformasını daxil ediblər. Onların payı 2019-cu ildə müvafiq olaraq 3,1, 2,2 və 9 faizə bərabər olacaq, - "DailyComm” yazır.
 




15/09/15    Çap et