Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
MHM-in zəng mərkəzində yeni innovativ xidmət təqdim olunacaq
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin (MHM) 157 zəng (çağrı) mərkəzi bu yaxınlarda daha bir innovativ xidmətin təqdimatına hazırlaşır.
MHM-dən verilən məlumata görə, tezliklə mərkəzə qurumlarla bağlı daxil olan müraciətlərin dərhal aidiyyəti qurumun zəng mərkəzinə yönləndirilməsi üçün sistem yaradılacaq. Bununla da vətəndaşların digər qurumlarla bağlı müraciətləri vaxt itirilmədən yönləndiriləcək və cavablandırılacaq.
Son bir ilin statistikasına görə 157 zəng mərkəzinə 84677 zəng daxil olub. Cəmi 4 aydır istifadəyə verilən onlayn konsultasiyaya olan müraciətlərin sayı isə 11144-dən artıqdır. Bundan başqa cağrı mərkəzinin info@e-gov.az elektron poçtuna yazılmış 25000-ə qədər, “Skype” vasitəsilə isə 4000 müraciətə cavab verilib.
Qeyd edək ki, bu gün 157 zəng mərkəzinin yeni platformada fəaliyyətinin bir ili tamam olur.
CAHANGİR
15/09/15 Çap et