Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Smartfonların enerji ilə doldurulması 33 faiz sürətlənəcək
«Qualcomm» şirkətinin yeni texnologiyası sayəsində smartfonlarda enerjidoldurma 30 faiz sürətlənəcək. Bu və ya başqa oxşar texnologiya ilə təchiz edilməmiş qurğularla müqayisədə smartfonlarda enerjidoldurmanın sürəti 2,5 dəfə artacaq.
Smartfonlarda enerjidoldurma 2,5 dəfə sürətlənəcək
Smartfonlar üçün ən iri prosessor istehsalçısı olan «Qualcomm» şirkəti yeni nəsil «Quick Charge» texnologiyasını - «Quick Charge 3.0» təqdim edib. Yeni texnologiya «Quick Charge 2.0» ilə müqayisədə smartfonu təxminən 33 faiz daha sürətli enerji ilə doldurmağa imkan verir. İlk dəfə bu texnologiya 2013-cü ilin əvvəlində nümayiş etdirilib.
Göstəricilər
«Quick Charge» texnologiyası 35 dəqiqə ərzində smartfonun batareyasını 80 faizədək enerji ilə doldura bilir. «Quick Charge» texnologiyası olmadan bu vaxt orta hesabla 1,5 saat təşkil edir.
Emil Hüseynov
16/09/15 Çap et