Vətəndaşların NƏZƏRİNƏ!
Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun sentyabr ayının 19-u saat 11:00-da Qəbələ rayonunda (Qəbələ, Şəki, Oğuz, İsmayıllı) əhaliyə göstərilən telekommunikasiya, internet, poçt, radio və televiziya yayımı xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti, bu sahədə bölgələrdə əhalini maraqlandıran məsələlərlə bağlı vətəndaşların qəbulu planlaşdırılır.
Vətəndaşlardan "
mincom@mincom.gov.az" elektron poçt ünvanı, 1655 saylı "Qaynar xətt",
598 38 18 nömrəli (regionlardan edilən zənglər pulsuzdur) telefon vasitəsilə əlaqə saxlayıb qəbula yazılmaları xahiş olunur.
Eyni zamanda qəbula gəlmək istəyən vətəndaşlar üçün zərurət yaranarsa yaşadıqları ərazinin poçt və telefon qovşaqları tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaqlar. Bunun üçün:
Qəbələ rayonunda 205-25-99
Şəki rayonunda 244-25-00
Oğuz rayonunda 215-29-99
İsmayıllı rayonunda 285-45-45
Nömrəli telefonlara zəng etmələri xahiş olunur.