Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Twitter”də veb-analitika xidməti yaranıb


“Twitter” şirkətinin internet biznes və hazırlamalar məsələləri üzrə direktoru Eypril Andervud yeni “Web Analytics” xidmətini təqdim edib. Xidmət “Twitter” mikrobloqlar sisteminin proqram vasitələri tərkibinə inteqrasiya edilib.

”Web Analytics” xidməti ilk növbədə veb-yaradıcılar, veb- ustalar və internet sayt sahibləri üçün nəzərdə tutulub. Onun funksiyalarından biri “Twitter”dən konkret sayta nə qədər ziyarətçi və trafik gəlməsi haqqında informasiya təqdim etməsidir.

Eypril Andervud bildirib ki, hal-hazırda "Tweet" düyməsi 3 milyondan çox veb-saytda var, yəni bütün bu səhifələr öz məzmununu mikrobloqlar vasitəsilə inkişaf etdirirlər.

“Web Analytics” xidməti “Back Type” şirkəti tərəfindən hazırlanıb. “Back Type” şirkəti müxtəlif növ sosial analitikada ixtisaslaşıb.

“Back Type” yaradıcısı, hal-hazırda “Twitter” yaradıcılar komandasının əsas üzvlərindən biri olan Kristofer Qold bildirib ki, veb-ustalar bizim yeni “Web Analyticsin” xidmətinin üstünlüklərini layiqincə qiymətləndirəcəklər".




14/09/11    Çap et