Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Bir ayda “Elektron hökumət” portalı üzərindən 7,5 min sığortaolunana pensiya kapitalı barədə məlumat verilib
Avqustda "Elektron hökumət" portalı üzərindən ən çox istifadə olunan elektron xidmətlərdən daha biri Dövlət Sosial Müdafiə Fonduna məxsus olub.
"ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, ötən ay fondun göstərdiyi "Sığortaolunanlara məlumatların verilməsi" xidmətindən 7494 dəfə istifadə olunub.
Bu xidmət vasitəsi ilə sığortaolunanlar fərdi şəxsi hesablarında əks olunan pensiya kapitalı barədə məlumatı əldə edirlər.
İstifadəçiləri fiziki şəxslər olan interaktiv növlü elektron xidmət ödənişsiz olaraq həyata keçirilir.
CAHANGİR
16/09/15 Çap et