Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Dünya informasiya təhlükəsizliyi bazarında illik artım 7,4 faiz səviyyəsində gözlənilir


“Gartner” tədqiqat şirkəti dünya informasiya təhlükəsizliyi bazarının inkişafı üzrə proqnoz hazırlayıb.

 
Ekspertlərin proqnozuna görə, 2015-2019-cu illərdə informasiya təhlükəsizliyi həllərinin satışı ildə 7,4 faiz artacaq. Artımda ən böyük potensiala İT sistemlərinin mühafizəsinin sınaqdan keçirilməsi texnologiyaları, autsorsinq və qanunsuz müdaxilələrin qarşısı alınması sistemlərinin malik olması bildirilir.  

 
Analitiklərin sözlərinə görə, informasiya təhlükəsizliyi bazarında xərclərin artmasının əsas hərəkətverici qüvvəsi dövlət təşəbbüsləri, qanunvericilik tələblərinin sərtləşdirilməsi və bir sıra böyük sızma halları olacaq.

 
Tədqiqatda deyilir ki, kompüter sistemlərinin mühafizəsi üçün istehlak proqram təminatının satışının artımı üzrə proqnoz bu seqmentin dinamik inkişafının dəyişkənliyi və qeyri-müəyyənliyinə görə düzgün tərtib edilib.  
 
Asiya-Sakit okean ölkələrində analitiklər informasiya təhlükəsizliyi sahəsində konsaltinq xidmətlərinə tələbatın yüksək olacağını proqnozlaşdırırlar. Buna Hindistan iqtisadiyyatının yaxşılaşmasının xidmət etməsi göstərilir. Lakin bir tərəfdən Çin və digər region ölkələrində iqtisadi tempin zəifləməsi, digər tərəfdən informasiya təhlükəsizliyi servisləri bazarının artımı qeyri-müəyyən vəziyyət yaradır. Buna görə də ekspertlər Asiya-Sakit okean regionu üzrə dəqiq proqnoz verə bilməyiblər.

 
Şirkət analitiklərin məlumatında görə, iri informasiya təhlükəsizliyi həlləri istehsalçıları arasında mədaxilin həcminə görə birinci yeri ABŞ-ın "Symantec” şirkəti tutur. Onların hesablamalarına görə, 2014-cü ildə “Symantec”-in payı 17,2 faiz təşkil edib. Onun yaxın izləyicisi “Intel” şirkətində bu göstərici 8,5 faizə bərabər olub. Liderlər üçlüyünü 6,9 faizlik göstərici ilə “IBM” şirkəti tamamlayır. Sonrakı yerlərdə 4,9 faizlə “Trend Micro”, beşincidə 3,7 faizlik payla “EMC” şirkətləri qərarlaşıb, -  “DailyComm” www.dailycomm.ru yazır.




17/09/15    Çap et