İKT-də fəaliyyət göstərən qadınların yay düşərgəsinin spikerləri məlum olub
Azərbaycan Qadınlarının İKT Klubu – “FEMMES DIGITALES” azərbaycanlı qızların və qadınların informasiya-kommunikasiya texnologiyaları barədə məlumatlılığının artırılması, habelə İKT sahəsinə marağının formalaşdırılması istiqamətində fəaliyyətini davam etdirir.
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, bu ilin 20 sentyabr tarixində Bakı şəhərində “FEMMES DIGITALES” klubunun və Azərbaycan Qolf Federasiyasının birgə təşkilatçılığı və “B.EST Solutions”, “MONT”, “Microsoft”, “Bakcell” və “Engineering for Kids Azerbaijan” təşkilatlarının dəstəyi ilə İKT Qadınlarının Yay Düşərgəsi keçiriləcək. Bu tədbir gələcəkdə Azərbaycanda İKT sektorunda qadınların məşğulluğu mövzusuna həsr ediləcək silsilə tədbirlərin əsasını təşkil edir.
Tədbirin işgüzar hissəsində “FEMMES DIGITALES” klubunun təsisçiləri Yana Krimpe və Səbinə Məmmədlinin, Azərbaycanda Amerika Ticarət Palatasının (AMCHAM) icraçı direktoru Natəvan Məmmədovanın, “M-Group Production” şirkətinin təsisçisi Murad Dadaşovun, ADA Universitetinin İT və Mühəndislik Məktəbinin dekan əvəzi Fuad Hacıyevin və digər məruzəçilərin çıxışları yer alacaq.
Qeyd etmək lazımdır ki, tədbir zamanı
“FEMMES DIGITALES” klubunun rəsmi veb-saytının təqdimatı da baş tutacaq.
Aynur Vəliyeva