Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Analitiklər yaxın bir neçə ildə planşet bazarının həcminin azalmasını proqnozlaşdırır
Tayvanın «Market Intelligence & Consulting Institute» elmi tədqiqat institutunun proqnozuna əsasən, yaxın bir neçə ildə qlobal planşet bazarında azalma müşahidə olunacaq və proqnoza əsasən, 2015-ci ildə planşetlərin tədarükü ötən illə müqayisədə 12 faiz azalıb. Mütəxəssislər bildiriblər ki, planşet bazarında ilk dəfə illik azalma qeydə alınacaq.
«ICTnews.az» saytı «dailycomm.ru» resursuna istinadən yazır ki, 2016-cı ildə planşetlərin tədarükü 10 faiz, sonrakı iki ildə isə müvafiq olaraq 4,3 və 3,8 faiz azalacaq. 2017 və 2018-ci illərdə planşetlərin tədarükü 182 və 176 milyon qurğu səviyyəsində gözlənilir.
Analitiklər yalnız 2019-cu ildə müsbət dinamikanın bərpa olunacağını proqnozlaşdırır: 2019-cu ildə planşetlərin tədarük həcmi 1,2 faiz artaraq 178 milyonadək yüksələcək.
Emil Hüseynov
17/09/15 Çap et