Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

«Darpa» avtomatlaşdırılmış kosmik port hazırlayır


1957-ci ilin oktyabrında bəşəriyyət ilk dəfə yerətrafı orbitə peyk buraxıb. Hərçənd indi obyektləri kosmosa göndərmək çətin deyil, amma baha başa gəlir: bundan başqa Yerdə olan insanlar üçün kosmik aparatları təmir etmək çətindir.
 
«DARPA»nın yeni «Phoenix» konsepti müasir kosmik proqramlarda bu çatışmazlıqların aradan qaldırılması məqsədini daşıyır. Geostasionar orbitdə kiçik peyklərdən quraşdırılmış «Phoenix» kosmosda tikinti üçün avtomatlaşdırılmış əllərdən istifadə edəcək.
 
 
 
«ICTnews.az» saytı «hi-news.ru» saytına istinadən yazır ki, ötən həftə «DARPA»nın taktik texnologiyalar bölməsinin direktor müavini Pamela Melroy deyib ki, «Phoenix» komandası Yerdən 36 min kilometr məsafədə yerləşən orbitdəki peyklər üçün funksional kosmik port hazırlamaq üçün dünyanın ən böyük liman şəhərlərini araşdırıb".
 
 
Emil Hüseynov




17/09/15    Çap et