Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

«Samsung Pay» ucuz smartfonlarda tətbiq edilə bilər


Cənubi Koreyanın «Samsung» şirkətinin ucuz smartfonlarında«Samsung Pay» ödəniş sistemi istifadəyə verilə bilər. Bu haqda şirkətin top-meneceri məlumat verib.
 
 
«ICTnews.az» saytı «dailycomm.ru» saytına istinadən yazır ki, 2015-ci ilin avqustunda Cənubi Koreyada smartfonu mobil pul kisəsinə çevirməyə imkan verən «Samsung Pay» xidməti işə salınıb. Məhsul və ya xidmətin ödənişi üçün cihazı mağazanın kassasında oxuyan qurğuya yaxınlaşdırmaq kifayətdir.
 
 
Ödəniş sistemi yalnız «Samsung»un cari ildə buraxılmış qabaqcıl smartfonları («Galaxy S6», «Galaxy S6 Edge», «Galaxy S6 Edge+» və «Galaxy Note 5») ilə işləyir. Ancaq gələcəkdə «Samsung Pay» ucuz smartfonlarda da işləyə bilər.
 
 
Jurnalistlər «Samsung»un mobil biznesinin direktoru Cey Key Şinə şirkətin ödəniş xidmətini ucuz smartfonlara tətbiq edib-etməyəcəyini planlaşdırdığı ilə bağlı sual veriblər. Top-menecer belə cavab verib:
 
 
"Bu sistem tədricən genişlənəcək. «Samsung Pay» ödəniş xidmətinin işə salınması uğurlu olub və mən düşünürəm ki, gələcəkdə daha çox istifadəçi bu xidmətlə işləmək imkanı əldə edəcək".
 
 
Emil Hüseynov




17/09/15    Çap et