Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

2025-ci ilədək 1000-dən çox “Ultra HD” formatlı kanal istifadəyə veriləcək


"SES" peyk operatorunun məlumatına görə, 2025-ci ilədək dünyada 1000-dən çox "Ultra HD" (4K) formatlı televiziya kanalı fəaliyyət göstərəcək, "UHD" televizorların qiyməti isə ucuzlaşdıqca onların satışı sürətlə artmağa başlayacaq.
 
Bildirilir ki, hazırda dünyada "UHD" formatlı 1200 film və proqram buraxılıb və ilin sonunadək onların sayı daha 200 artacaq. Proqnozlara görə, gözlənilən 1000 "Ultra HD" kanalın təxminən 220-i Avropada, 110-u Afrika və Yaxın Şərq ölkələrində yayımlanacaq.
 
Şirkətin proqnozuna görə, 2024-cü ilədək "DTH" platformalı kanalların sayı 47 faiz artacaq. Həmçinin Afrika və Yaxın Şərq ölkələrində kanalların sayının illik artımının 6,1 faiz yüksələrək 2850 kanal, Mərkəzi və Şərqi Avropa ölkələrində ildə 6 faiz olmaqla 5150 kanal səviyyəsinə çatacağı gözlənilir.
 
Bundan başqa, şirkət Qərbi Avropa kimi inkişaf etmiş bazarda kanalların sayının illik artımını 4,5 faiz - 3650 kanaladək proqnozlaşdırır.
 
"SES" nümayəndələrinin fikrincə, 2024-cü ilədək peyk vasitəsilə ev təsərrüfatlarına ümumilikdə 38 500 televiziya kanalı ötürüləcək,  - "Mediasat"  yazır.
 




17/09/15    Çap et