Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
"Bakcell"in “Ulduzum” proqramı “Ən yaxşı istehlakçı xidməti” mükafatına layiq görülüb
Azərbaycanın ilk mobil operatoru "Bakcell"in “Ulduzum” proqramı “Ən yaxşı istehlakçı xidməti” mükafatına layiq görülüb.
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, Dubayda keçirilən “The Telecoms World Middle East Awards 2015” mükafatlandırma mərasimində Orta Şərq, Mərkəzi və Şərqi Asiya və Şimali Afrika ölkələrində fəaliyyət göstərən 250 şirkət arasında "Bakcell"in “Ulduzum” proqramı birinci yerə layiq görülüb.
Bu proqram çərçivəsində “Bakcell” bütün abunəçilərə Avto, Sağlamlıq və gözəllik, Kafe / Restoran, Elektron və məişət texnikası, TV və Əyləncə, Onlayn xidmətlər və mağazalar, Mebel, Geyim və aksessuarlar kimi müxtəlif sahələrdə bir çox imtiyazlar və dəyərli xidmətlər təklif edir.
“Ulduzum” proqramına qoşulan hər bir kəs seçilmiş restoranlarda, dəbdəbəli geyim, aksessuar, ətriyyat, mebel, məişət cihazları və elektrotexnika mağazalarında, sağlamlıq, idman və istirahət mərkəzlərində və bir sıra xidmət məntəqələrində endirimlər əldə edə bilər.
Aynur Vəliyeva
17/09/15 Çap et