Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi daha bir vakant vəzifəni müsabiqəyə çıxarıb
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya bu gün 4 dövlət orqanında inzibati vəzifələrin beşinci - yeddinci təsnifatlarına uyğun olan 55 vakant vəzifənin tutulması üçün müsabiqə elan edib.
Komissiyadan "ICTnews" elektron xəbər xidmətinə verilən məlumata görə, bu müsabiqədə Maliyyə Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi ilə yanaşı Rabitə və Yüksək Texnologiyalar Nazirliyi də vakansiya təqdim edib.
Bu, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun Layihələr ilə iş sektorunda baş məsləhətçi vakant vəzifəsi olub.
CAHANGİR
18/09/15 Çap et