Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Şirkətlərin 1 çoxu IPv6 protokoluna keçidə hazır deyil


8 iyun Ümumdünya IPv6 günü kimi qeyd edilib: 24 saat ərzində “Google” və “Yahoo” daxil olmaqla ən böyük İT şirkətləri, internet-protokolun altıncı versiyasının dəstəyini təmin ediblər.
İndiki IPv4 32 dərəcəli protokoldur; onda internet-ünvanların maksimal sayı 4,3 milyard təşkil edir. Nə vaxtsa bu say əlçatmaz görünürdü, ancaq indi şəbəkəyə daha çox ən müxtəlif qurğular qoşulan zamanda IP-ünvanların çatışmazlığı problemi yaranıb. Belə ki, Cisco proqnozlarına əsasən, onilliyin ortasına veb-girişlə olan qurğu və müxtəlif elektron cihazların sayı təxminən 15 milyarda çatacaq, yəni Yer kürəsinin əhalisini təxminən iki dəfə ötəcək.
IPv6 protokoluna keçidin bir qədər ləngiyəcəyi ehtimal olunur. CompTIA assosiasiyası tədqiqatının göstərdiyi kimi, yalnız 23% şirkətlərin İT bölməsi yeni protokolun tətbiqinə başlayıb. Korporativ istifadəçilərin yarıdan az hissəsi IPv6-ya keçid məsələsini tədqiq ediblər və ya bu imkanı şəbəkə avadanlığı təchizatçıları ilə müzakirə ediblər.
Qeyd edək ki, IPv6-ya keçid üçün provayderlərə aparat bazasını yeniləmək, lazımlı sazlamaları etmək və bir çox başqa problemləri həll etmək lazımdır.




09/06/11    Çap et