Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

DİN-in 4 elektron xidmətinin inzibati reqlamentlərində dəyişiklik edilib


Daxili İşlər Nazirliyinin 4 elektron xidmətinin inzibati reqlamentlərində dəyişiklik olunub.
 
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, dəyişikliyə əsasən, inzibati reqlamentdə “Dövlət xəzinədarlıq orqanlarında olan vergi və rüsumların köçürülməli olduğu xəzinə hesablarının rekvizitləri haqqında Məlumat” sözləri “Dövlət xəzinədarlığı orqanlarında vergi və digər büdcə ödənişləri köçürüləcək hesablar” sözləri ilə əvəzlənib.
 
Sözügedən dəyişiklik “Nəqliyyat vasitələrinin dövlət qeydiyyatına alınması üçün müraciətin və sənədlərin qəbulu”, “Nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanında əks olunmuş rəqəmlərin və ya hərflərin kombinasiyasının sifariş verilməsi”, “Nəqliyyat vasitələrinə texniki baxışın keçirilməsi üçün müraciətin və sənədlərin qəbulu” və “Sürücülük vəsiqəsinin verilməsi üçün müraciətin və sənədlərin qəbulu” inzibati reqlamentlərinə şamil edilib.
 
CAHANGİR




18/09/15    Çap et