Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Kənd Təsərrüfatı Nazirliyinin saytında torpaq mülkiyyətçiləri üçün faydalı məlumat yerləşdirilib
Kənd Təsərrüfatı Nazirliyi (KTN) rəsmi internet saytı (www.agro.gov.az) vasitəsi ilə torpaq mülkiyyətçilərinin nəzərinə yeni elan çatdırıb.
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, elanda qeyd olunur ki, ölkədə istehsal olunmuş dənli taxıl bitkilərinin sertifikatlı toxumlarını haradan əldə etmək haqqındakı məlumatlar KTN-in saytının Məlumat mərkəzi bölümündə yerləşdirilib.
Qeyd edək ki, əlavə məlumat almaq üçün nazirliyin çağrı mərkəzi (1652) və ya KTN yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinə müraciət etmək olar.
CAHANGİR
18/09/15 Çap et