Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Selfi” çəkərkən öldü


«BBC News»un yaydığı məlumata əsasən, Yapon turisti Hindistanın məşhur Tac Mahal mavzoleyinin pilləkənində “selfi” çəkmək istəyərkən sürüşüb yıxılaraq beyin travmasından dünyasını dəyişib.
 
 
«ICTnews.az» saytı «interfax.ru» agentliyinə istinadən yazır ki, polisin məlumatına əsasən, sürüşərək yerə yıxılmış yapon turisti aldığı baş zərbəsindən huşunu itirib və xəstəxanada ölüb.
 
 
Tac Mahal XVII əsrdə Aqra şəhərində Böyük Monqollar İmperiyasının padşahı Şah-Cahanın əmri ilə inşa edilib. Hər gün təxminən 12 min turist Tac Mahal tikintisini ziyarət edir.
 
 
Emil Hüseynov




21/09/15    Çap et