Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Samux TKQ-nin yeni inzibati binası istifadəyə veriləcək


Samux Telekommunikasiya Qovşağının yeni inzibati binası istifadəyə tam hazırdır. Bu barədə “ICTnews” elektron xəbər xidmətinə Samux TKQ-nin rəisi Ələsgər Əliyev məlumat verib.

Onun sözlərinə görə, hazırda binada son tamamlanma işləri aparılır, binanın dam örtüyü vurulub, iş otaqları mebellərlə təmin olunduqdan sonra işçi personalı yerləşdiriləcək.
 
“Buna qədər yeni inzibati binada stansiya yerləşdirilməlidir. Müasir stansiyanın istifadəyə verilməsi  samuxlulara yüksək keyfiyyətli telefon və bütün multimedia xidmətlərinin göstərilməsinə daha yaxşı şərait yaradacaq. Bundan başqa kəndlərdə də yeni multimedia avadanlıqları qurulacaq ki, bu da bütün rayon ərazisinin ən müasir rabitə şəbəkəsi ilə təmin edilməsi deməkdir”.

Qeyd edək ki, Hazırda Samux TKQ-nin bütün kənd şəbəkəsində ADSL avadanlıqları qurulub. Sakinlərin genişzolaqlı internetə çıxışı təmin edilib.
 
 RƏVAN
 




21/09/15    Çap et