Dünyada qeydiyyatdan keçən domenlərin ümumi sayı 296 milyona çatıb
“Verisign” şirkəti cari ilin ikinci rübü üçün domen adları üzrə hesabat dərc edib. Sənədə görə, dünyada qeydiyyatdan keçən domenlərin ümumi sayı 296 milyona çatıb. Birinci rüblə müqayisədə artım 0,8 faiz, ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,9 faiz təşkil edib.
Mütləq lider “Verisign” şirkəti tərəfindən idarə olunan, 118,5 milyon domen adının yer aldığı ".COM” domenidir. Daha 15 milyon ad ".NET” domenində (həmçinin “Verisign” şirkəti tərəfindən idarə olunur) qeydiyyatdan keçib. Bununla yanaşı, iyunun sonuna bütün yeni yüksəksəviyyəli ümumi domenlərdə 5,86 milyon ad qeydiyyata alınıb ki, bu da ümumdünya göstəricisinin 2 faizinə bərabərdir.
Milli domenlərin sayında 288 ədədədək artım qeydə alınıb. Lakin burada qeydiyyata alınan bütün adların 66,7 faizi 10 böyük milli domenin payına düşür. Bu onluğa Tokelau (.TK) domeni başçılıq edir. Sonrakı yerlərdə Almaniyanın “.DE”, Çinin “.CN”, Böyük Britaniyanın “.UK”, Rusiyanın “.RU” və Niderlandın “.NL” domenləri qərarlaşıb.
Qeyd edək ki, bu ilin əvvəlinə olan vəziyyətə görə, Azərbaycanda 30 minə yaxın domen adı qeydiyyatdan keçib, - "
CCTLD” yazır.