Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Əli Həsənov: “Xarici KİV əməkdaşlarına elektron qaydada akkreditasiya imkanları yaradılıb”


Azərbaycanda fəaliyyət göstərmək istəyən xarici kütləvi informasiya vasitələrinin qeydiyyatı üçün elektron qaydada akkreditasiya imkanları yaradılıb.
 
Bu məqsədlə Xarici İşlər Nazirliyinin internet saytında müvafiq bölmə də yaradılaraq istifadəyə verilib. “ICTnews.az” elektron xəbər xidməti bildirir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov açıqlama verib.
 
Ə.Həsənov 2015-ci il martın 18-də “Azərbaycan Respublikasında xarici kütləvi informasiya vasitələrinin akkreditasiya qaydaları”nın təsdiq edildiyini xatırladaraq deyib ki, fəaliyyət növündən asılı olmayaraq hər bir şəxs Azərbaycan qanunvericiliyinə uyğun olaraq çalışmalıdır.
 
“Hər bir ölkədə olduğu kimi, Azərbaycanda da KİV nümayəndələrinin fəaliyyəti müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq tənzimlənir. Ölkə qanunvericiliyi söz və məlumat azadlığına, KİV redaksiyalarının və jurnalistlərin müstəqil fəaliyyətinə, sərbəst şəkildə informasiya əldə etmək və yaymaq hüququna tam təminat verir. Bununla yanaşı, həm yerli, həm də Azərbaycanda xarici KİV-i təmsil edən jurnalistlər və nümayəndələr öz fəaliyyətlərini qanunların çərçivəsində qurmalı, ölkə və cəmiyyət qarşısında məsuliyyətlərini dərindən dərk etməli və qeyri-qanuni addımlara yol verməməlidirlər.
 
 
SEYMUR





21/09/15    Çap et