Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
ABŞ, Rusiya və Çində virusa yoluxdurulmuş «Cisco» kommutatorları aşkarlanıb
ABŞ, Rusiya Çin və təxminən 30 dövlətdə dəyişdirilmiş əməliyyat sistemi tərəfindən yoluxdurulmuş «Cisco» kommutatorları aşkar edilib. Tədqiqatçılar 199 zərərli ünvan haqda məlumat verib.
Yoluxdurulmuş 199 IP
Dəyişdirilmiş əməliyyat sistemi tərəfindən yoluxdurulmuş «Cisco» kommutatorlarının sayı «Mandiant» şirkətinin tədqiqatçılarının aşkar etdiyindən çox olub. Onlar ötən həftə Ukrayna, Filippin, Meksika və Hindistanda 14 belə qurğu aşkar ediblər. Ancaq «Shadowserver» qeyri-kommersiya təşkilatının məlumatına görə, belə kommutatorların sayı 199-dur və ən azı 31 ölkədə aşkar edilib. Bu halda yoluxdurulmuş kommutatorların əksəriyyəti (65) ABŞ-da yerləşir.
Hindistan 12 yoluxdurulmuş kommutator ilə ikinci pilləni tutur. Rusiya üçüncü pillədə qərarlaşıb. Çində dəyişdirilmiş əməliyyat sistemi ilə yoluxdurulmuş 8, Polşada 9, Tailandda 7 kommutator aşkar edilib.
«SYNful Knoc» dəyişdirilmiş əməliyyat sistemi
Yuxarıda göstərilən kommutatorlar «SYNful Knoc» ilə təchiz edilib: bu, hakerlər tərəfindən routerə «Cisco IOS» istehsalçısının əsas ƏS-nin əvəzinə quraşdırılmış dəyişdirilmiş əməliyyat sistemidir.
Emil Hüseynov
22/09/15 Çap et