Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Naxçıvanda mobil rabitə xidmətlərinin həcmi 2 faiz artıb
Naxçıvan Muxtar Respublikasında bu ilin 8 ayı ərzində mobil rabitə xidmətlərinin həcmi 27 milyona yaxın olub.
“ICTnews” elektron xəbər xidmətinin MR-in sosial - iqtisadi inkişafına dair növbəti hesabata istinadən verdiyi məlumata görə, bu müddət ərzində mobil rabitə xidmətlərinin həcmi 26 milyon 747 min manat olmaqla bir il öncəki göstəricini 2 faiz üstələyib.
Ümumilikdə bu ilin yanvar-avqust aylarında informasiya və rabitə xidmətlərinin həcmi 31 milyon 738 min manat təşkil edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,2 faiz çoxdur.
CAHANGİR
22/09/15 Çap et