Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Nar” mobil operatorunun baş sponsorluğu ilə “AIESEC Azərbaycan” tərəfindən “Reinteqrasiya” seminarı keçirilib


20 sentyabr 2015-ci il tarixdə ADA universitetində “Nar” mobil operatorunun baş sponsorluğu ilə “AIESEC Azərbaycan” tərəfindən “Reinteqrasiya” seminarı keçirilib.
 
AIESEC tərəfindən bu yay həyata keçirilmiş “Global Citizen” proqramı çərçivəsində dünyanın müxtəlif ölkələrində 6 həftəlik təcrübə qazanmış, müxtəlif layihələr üzrə komanda şəklində işləmış və xeyli dərəcədə fərdi inkişafa nail olmuş 92 tələbə gəncin öz təəssüratlarını bölüşdükləri açılış mərasimində “Nar” nümayəndələri də iştirak ediblər.
 
ADA universitetində keçirilən tədbirdə çıxış etmiş  “Azerfon” şirkətinin insan resursları üzrə aparıcı direktor Mətanət Babayevanın təqdim etdiyi müxtəlif müzakirələr gənclərin böyük marağına səbəb olub.
 
 
Qeyd edək ki, “AIESEC Azərbaycan” tərəfindən reallaşdırılan “Fireflies”, “World for Kids” və “Talk Out Loud” layihələrinə qatılmış 30 xarici tələbə də tədbirdə iştirak edirdilər. Xarici tələbələri Azərbaycanda olduqları müddətdə qonaq edən ailələr də tədbirə qatılaraq, öz təəssüratlarını bölüşdülər.
 
“Nar” operatorunun baş sponsorluğu ilə keçirilən seminara “AIESEC Azərbaycan” təşkilatının digər tərəfdaşları – Azərbaycan Respublikası Gənclər və idman nazirliyi, Mədəniyyət və turizm nazirliyi, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər fondu, “GoldenPay” MMC və “EF Azerbaijan” də dəstək olublar.  
 
 




22/09/15    Çap et