Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Adları Nazirlər Kabinetinin təsdiq etdiyi siyahıda olan 4 dövlət qurumu “Elektron hökumət” portalına qoşulmayıb
Azərbaycan Nazirlər Kabinetinin təsdiq etdiyi elektron xidmət növlərinin siyahısında adları olan 41 e-xidmət təchizatçısından 4-ü hələ ki "Elektron hökumət" portalına qoşulmayıb.
"ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, bunlar Maliyyə Nazirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Dövlət Mülki Aviasiya Administrasiyası və Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyidir.
Hazırda öz saytı vasitəsi ilə Maliyyə Nazirliyi 10, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi 6, Dövlət Mülki Aviasiya Administrasiyası 3, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi isə 1 e-xidmət göstərir.
Qeyd edək ki, Nazirlər Kabinetinin təsdiq etdiyi 455 elektron xidmətdən 335-i artıq "Elektron hökumət" portalına inteqrasiya olunub.
CAHANGİR
22/09/15 Çap et