Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Azərbaycanda Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsinin başa çatması ilə bağlı təqdimat keçiriləcək


Azərbaycan Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin mərkəzi aparatında sentyabrın 23-də yekun İctimai Təqdimat keçiriləcək.
 
 
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, təqdimat Azərbaycan Hökuməti ilə Dünya Bankının həyata keçirdiyi “Azərbaycanda Daşınmaz  Əmlakın  Qeydiyyatı  Layihəsi”nin başa çatması ilə bağlı fəaliyyəti dövründə görülmüş işlərə həsr ediləcək.

Tədbir Dünya Bankının dəstəyi ilə həyata keçirilən qeydiyyat sisteminin daha da şəffaflaşdırılması və xidmətlərin müasirləşdirilməsi, bu sahədə İT sistemlərinin tətbiqi, elektron xidmətlərin geniş istifadəyə verilməsi və daşınmaz əmlakların, o cümlədən torpaqların elektron kadastr məlumat bazasının və rəqəmsal xəritələrinin hazırlanması istiqamətində görülən işlərə həsr olunub. 
 
Aynur Vəliyeva
 




22/09/15    Çap et