Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Instagram” istifadəçilərinin sayı 400 milyonu ötüb


"Instagram" foto xdimətinin qlobal auditoriyası 400 milyon istifadəçini ötərək doqquz ay ərzində 100 milyon artıb. Bu barədə foto servisinin məlumatında deyilir.
 
Məlumata görə, servis istifadəçilərinin 75 faizindən çoxu ABŞ-dan kənarda yaşayır. Auditoriya artımının yarısını Avropa və Asiya istifadəçiləri təmin edib. Bununla yanaşı, daha çox fəallığı Braziliya, Yaponiya və İndoneziya sakinləri nümayiş etdirib.
 
"Instagram" 200 milyon aktiv istifadəçi səviyyəsinə nail olmaq barədə məlumatı 2014-cü ilin dekabrında açıqlayıb.
 
Qeyd olunur ki, "Instagram" auditoriya sayına görə istifadəçi sayı 316 milyon təşkil edən "Twitter" mikrobloqlar servisini geridə qoyur.  
 
Servisin fəaliyyət göstərdiyi dörd il ərzində burada yerləşdirilən fotoşəkillərin ümumi sayı 30 milyardı ötüb. Hər gün "Instagram" istifadəçiləri 70 milyondan çox fotoşəkil və videoçarx mübadiləsi edir ki, bunun da hər birini gündəlik 2,5 milyard istifadəçi bəyənir, - "Lenta" www.lenta.ru yazır. 




23/09/15    Çap et