Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Naxçıvan MR-də quraşdırılan POS-terminalların sayı 1000-i keçib
Naxçıvan Muxtar Respublikasında indiyədək 1000-dən artıq POS-terminal quraşdırılıb.
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu, MR-in cari ilin 8 ayı üzrə sosial-iqtisadi inkişafına dair hesabatda əksini tapıb.
Bu ilin yanvar-avqust aylarında muxtar respublikada 147 POS-terminal quraşdırılıb və bu göstərici 1 sentyabr 2015-ci il tarixə 1014-ə çatdırılıb.
Qeyd edək ki, POS-terminallardan geniş istifadə vəsaitlərin dövriyyəsinin sürətləndirilməsinə, nağd pulların daşınması, saxlanması və təsərrüfat əməliyyatları xərclərinin azaldılmasına müsbət təsir göstərib.
CAHANGİR
23/09/15 Çap et