Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

6 ildə “Elektron təhsil” Respublika müsabiqəsinə 5000-dən artıq layihə təqdim olunub


2015-ci ildə “Müəllim” və “Şagird” istiqamətləri üzrə 6 nominasiyada təşkil olunan “Elektron təhsil” Respublika müsabiqəsində iştirak etmək üçün indiyə qədər 135 müəllim, 45 şagird, 3 valideyn və 9 digər istifadəçi qeydiyyatdan keçib.
 
Müsabiqənin Təşkilat Komitəsindən qeyd edilib ki, sentyabrın 23-ü tarixinə müsabiqəyə təqdim olunmuş layihələrin sayı cəmi 8-dir, təqdim edilən layihələrin 8-i də qəbul edilib.
 
 
Təhsil Naizrliyindən bildirilib ki, 2010-cu ildən təşkil edilən müsabiqəyə keçirildiyi 6 il ərzində ümumilikdə, 5000-dən artıq layihə təqdim olunub.
 
Müsabiqənin məqsədi tədris prosesində informasiya texnologiyalarından fəal istifadə edən müəllimləri həvəsləndirmək və fəaliyyətlərini dəstəkləmək, ən yaxşı elektron tədris vəsaitlərini geniş istifadəçi auditoriyasına tanıtmaq, internetin imkanlarından istifadə etməklə həyata keçirilən yeni tədris üsulları barədə ölkənin təhsil ictimaiyyətini məlumatlandırmaq, tədris məqsədləri üçün İKT-nin tətbiqinin yeni formalarını axtarmaq, təhsil müəssisələrində elektron resurslardan istifadəni genişləndirmək, müəllim və şagirdləri elektron resurslar yaratmağa və hazır resurslardan istifadəyə stimullaşdırmaqdır.
 
 
Həqiqət İSABALAYEVA
 




23/09/15    Çap et