Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Mikayıl Cabbarov: “Azərbaycanda da İKT-nin təhsil prosesinə inteqrasiyası istiqamətində mühüm addımlar atılır”
Hazırda dünyanın qabaqcıl təhsil sistemlərində gedən əsas tendensiyalardan biri informasiya-kommunikasiya texnologiyalarının bu sahəyə cəlb edilməsi və onun təhsilin hər anında, hər pilləsində tətbiq edilməsidir.
Azərbaycanda da İKT-nin təhsil prosesinə inteqrasiyası istiqamətində mühüm addımlar atılır. Artıq ölkəmizdə bu istiqamətdə əhəmiyyətli nailiyyətlər əldə olunmaqdadır.
“Ictnews.az” elektron xəbər xidmətinin məlumatına görə, bu barədə təhsil naziri Mikayıl Cabbarov “Maliyyə laboratoriyası”nın açılış mərasimində danışıb.
Nazir qeyd edib ki, ölkə prezidentinin böyük səyləri sayəsində Azərbaycanın davamlı inkişaf strategiyasının mühüm istiqamətlərindən birinə çevrilən təhsil həm məzmun, həm də struktur baxımdan yeniləşib. Bu sahənin beynəlxalq əlaqələrinin genişləndiyini, dünya təhsil sisteminə inteqrasiyanın intensivləşdiyini vurğulayan M.Cabbarov universitetlərlə nazirlik və komitələr arasında həyata keçirilən mövcud əməkdaşlıqları yüksək qiymətləndirib.
M.Cabbarov bilik və bacarıqların modernləşmə prosesinin daimi xarakter daşımasına xidmət etməsi üçün daha müasir tədris resurslarından istifadə etməklə real vaxt rejimli tədris tədbirlərinin reallaşdırılmasının tələbələrin qloballaşan dünyanın çağırışlarına cavab verən və keyfiyyətli təhsil almalarına şərait yaradacağına əminliyini ifadə edib.
SEYMUR
23/09/15 Çap et