Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

BƏƏ-də robot həkimlərdən istifadə ediləcək


Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) robot polislər, kompüterləşmiş parklama və onlarla digər elektron köməkçilərə yerli tibb xidmətləri bazarında həqiqi inqilab edəcək robot həkimlər əlavə olunub. İlk belə aparat Hatta hospitalında istifadəyə verilib.
 
“Dubai Robo Doc” adlanan yeni avadanlıq xəstələrin distansiyalı müalicəsi sisteminin tərkib hissəsi olmaqla yaxın vaxtlarda ondan ölkənin on beş ən böyük tibb müəssisində istifadə edilməyə başlanılacaq.
 
“Bu texnika sayəsində həkimlər xəstələri uzaq məsafədən müayinə edə biləcəklər. Avadanlıq çoxlu müasir diaqnostik vasitələr ilə təchiz edilib və müvafiq hazırlıqlardan sonra ondan bütün həkimlər yararlana biləcək”, - həkim Moin Fikrin bildirib.
 
Kiçik robot xəstəxanada hərəkət edə və ölkənin istənilən hissəsində yerləşə biləcək xüsusi əməliyyat mərkəzinin mütəxəssisi tərəfindən idarə oluna bilər. Kamera və digər xüsusi qurğular vasitəsilə həkim xəstəni müayinə edərək müalicəni təyin edir.
 
Mütəxəssislərin qiymətləndirməsinə görə, robot həkim tibbin gələcəyidir.
 
Təsdiq olunmuş plana əsasən, "Robo Doc” ilkin mərhələdə BƏƏ-nin əksər tibb müəssisələrində istifadəyə veriləcək. Sonradan onun mobil modifikasiyası ilə bütün təcili yardım karetlərinin təchiz edilməsi nəzərdə tutulur ki, bu da bilavasitə yolda və ya hadisə yerində diaqnoz qoymağa imkan verəcək, - “TASS” yazır.  




23/09/15    Çap et