Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Azərkosmos” maliyyə hesabatlarının növbəti beynəlxalq auditinə hazırlaşır


Azərbaycanın milli peyk operatoru “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti maliyyə hesabatlarının növbəti beynəlxalq auditinə hazırlaşır.
 
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, maliyyə hesabatlarının Beynəlxalq Audit Standartlarına uyğun olaraq müstəqil auditinin həyata keçirilməsi ilə bağlı artıq müvafiq şirkətlərlə danışıqlara başlanılıb.
 
“Azərkosmos”un beynəlxalq standartlara uyğun auditini keçirəcək şirkətlə müqavilənin oktyabr ayında imzalanması ehtimal edilir.
 
Aynur Vəliyeva




23/09/15    Çap et