Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Hindistan əməliyyat sistemi istifadəyə verəcək


Hindistanda tezliklə hakimiyyət nümayəndələrinin istifadəsi üçün nəzərdə tutulan yerli istehsallı əməliyyat sistemi ölkə hökumətinin ixtiyarına veriləcək.

Belə ki, "Bharat Operating System Solutions" (BOSS) adlanan təhlükəsiz əməliyyat sistemi Hindistan Qabaqcıl Kompüter Texnologiyalarının İnkişafı Mərkəzi tərəfindən hazırlanıb. Sistemin artıq Hindistan ordusunda və digər dövlət strukturlarında uğurlu sınaqları keçirilib.  
 
Yeni əməliyyat sisteminin yaradılmasında əsas məqsəd Hindistanın İT infrastrukturunun müdaxilələrdən mühafizəsinin təmin edilməsi olsa da, bu, "Microsoft Windows" sistemindən dövlət müəssisələrində istifadəsini xeyli azaltmağa imkan verəcək.
 
Hazırkı "BOSS" sistemi 2007-ci ildə buraxılan sistemin yenilənmiş versiyasıdır, - "Gearmix www.gearmix.ru" yazır.
 
 




23/09/15    Çap et