Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Cənubi Qafqazda Elektron cəmiyyətin inkişafı” layihəsi çərçivəsində tyutor hazırlığı davam etdirilir


Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmovun 7-ci tyutor hazırlığı kurslarının başa çatması ilə əlaqədar fakültə dekanları və tyutorlarla görüşü keçirilib.
 
Görüşdə tyutorlara sertifikatların verilməsi və işlə təmin olunmaları məsələləri müzakirə edilib.
 
Rektor yeni tədris ilinin başlanması ilə əlaqədar tapşırıqlarını verib, tyutorların sualları cavablandırılıb. Tyutor hazırlığı kurslarını müvəffəqiyyətlə başa vuran 28 nəfərə sertifikatlar təqdim edilib, müvafiq olaraq fakültə və şöbələrdə işlə təmin olunublar.
 
 
Qeyd edək ki, Bakı Dövlət Universitetində 2008-ci ildən başlayaraq Avropa Birliyinin "Cənubi Qafqazda Elektron cəmiyyətin inkişafı" layihəsi çərçivəsində "Boloniya prosesi"nin baza prinsiplərinin və "Virtual universitet"in təhsil sisteminə tətbiqinin öyrənilməsi ilə əlaqədar tyutor hazırlığı kurslarına başlanılıb. Əvvəlki altı buraxılışda Bakı Dövlət Universiteti və respublikanın aparıcı ali təhsil ocaqlarında fəaliyyət göstərmək üçün 217 nəfər tyutor hazırlanıb.
 
 Universitetlərdə "Boloniya prosesi"ndən irəli gələn işlərin həyata keçirilməsinə yaxından kömək etmək məqsədilə tyutor hazırlığı davam etdirilir.
 
 
 
Həqiqət İSABALAYEVA




23/09/15    Çap et