Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yeni Zellandiya kibertəhlükəsizlik strategiyasını həyata keçirir


Bir necə gün əvvəl Yeni Zellandiyanın Rabitə naziri Stivin Joys bəyan edib ki, hökumət təhlükəsizlik strategiyasını rəsmi surətdə həyata keçirməyə hazırlaşır. Hesab edilir ki, bu strategiya Yeni Zellandiyanın çoxsaylı kibertəhlükələrə qarşı müdafiəsini gücləndirməlidir.
Yeni Zellandiyanın Kibertəhlükəsizlik Strategiyası mövcud hökumət və qeyri-hökumət təşkilatlarının səylərini birləşdirib ölkənin kibertəhlükəsizliyinin gücləndirilməsinə yönələcək. Strategiyanın üç əsas istiqaməti var: internet təhlükəsizliyinin gücləndirilməsi, hökumət sistemlərinin və rəqəmlərin müdafiəsinin təmini, hadisələrə reaksiya və planlaşma.
S.Joysun sözlərinə görə, strategiyanın hazırlanmasında maraqlı olan çoxsaylı hökumət və qeyri-hökumət təşkilatları, sənaye və təhsil müəssisələri hökumətə kömək ediblər.
Strategiyada əks olunan təşəbbüsləri ən effektiv yolla həyata keçirmək üçün hökumət qeyri-hökumət təşkilat və müəssisələrilə sıx əməkdaşlıq yaradacaq. Bu təşəbbüslər Yeni Zellandiyanın kibertəhlükəsizliyini mühüm dərəcədə gücləndirəcək və gələcək təhlükələrin qarşısını almaq üçün möhkəm platforma yaradacaq.
Hökumət strategiya çərçivəsində keçirilən işlərin koordinasiyası və onun həyata keçirilməsi üçün məsuliyyəti İqtisadi İnkişaf Nazirliyinin üzərinə qoyub. Bundan əlavə, Zellandiya hökuməti hökumət təşkilatlarını kəskin kiberhücumlardan qorumaq məqsədilə Milli Kibertəhlükəsizlik Mərkəzi yaradacaq.




09/06/11    Çap et