Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Elektron hökumət” portalının “Fikir bankı”na 3 yeni təklif göndərilib
“Elektron hökumət” portalının “Fikir bankı”na 3 yeni təklif daxil olub.
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, təkliflərdən birini portal istifadəçisi Günay Hüseynova verib: “http://data.gov.az/ portalında ünvanla bağlı açıq edilmiş məlumatlardan istifadə edərək “yerini bildir” mobil əlavəsi yaradılsa vətəndaşlar üçün əhəmiyyətli olar. Bu əlavə vasitəsi ilə real vaxtda baş verən hadisələrə (yanğın, cinayət, sağlamlıq problemi və s.) polis, həkim və ya yanğınsöndürmə dəstəyini vaxtında təmin etmək mümkündür. Yanlış (aldadıcı) siqnalın göndərilməsinin qarşısını almaq üçün yüngül cərimə tətbiq oluna, ən yaxınlıqdakı növbətçi məntəqədən polis, həkim dəstəyi təmin edilmədiyinə görə məsul şəxs cəzalandırıla bilər. Beləliklə, telefonla qaynar xətt yığıb, bu problemlə bağlı bir-biri ilə əlaqədar 2 düyməni sadalayan operatora qulaq asmaq əvəzinə 1 düymə ilə ehtiyacı olana kömək etmək olar.
Digər təklif isə yerli icra hakimiyyətləri ilə bağlı olub. Təkliflə çıxış edən Sərdar Cavadov yazır ki, portalın “Yerli İcra Hakimiyyətləri” bölümünə daxil olarkən yalnız bir rayonun icra hakiminin qəbuluna yazılmaq mümkündür. Təklif edirəm ki, bütün rayonların icra hakimiyyətlərinin qəbuluna yazılmaq onlayn formada mümkün olsun.
İnal Hüseynli isə “Elektron hökumət” portalı üzərindən qatara onlayn qaydada bilet almağa dair təklif irəli sürüb. O, FİN koda əsasən şəxs haqqında məlumatların avtomatik daxil edilməsini və ödənişin isə yeni yaradılmış ödəmə sistemi ilə baş tutmasını təklif edir.
CAHANGİR
28/09/15 Çap et