Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Şimali Amerikada «IPv4» ünvanları rəsmi bitib


Şimali Amerikada artıq yeni «IPv4» ünvanları yoxdur. Bu haqda regionda ünvanların təqdimi ilə məşğul olan «American Registry for Internet Numbers» («ARIN») təşkilatı məlumat verib.

Əgər kiməsə «IPv4» ünvanı lazımdırsa, «ARIN» təşkilatına sorğu göndərmək olar, amma indi bunun üçün növbəyə durmaq lazımdır.

«IPv4» ünvanını, həmçinin onları satmağı planlaşdıran istifadəçilərdən satın almaq olar. Bu bazarda «IPv4» ünvanının dəyəri indi 10-12 dollardan başlanır.

«IPv6» protokolunun yeni versiyasına keçid ünvanların çatışmazlığı ilə bağlı problemin köklü həllidir, onun ehtiyatları hələ ki tükənməz görünür. Belə ki «IPv4» ünvanında 4,3 milyard mümkün ünvan mövcuddursa, «IPv6» planetin hər bir sakininə 300 milyondan çox ünvan qeydiyyatdan keçirməyə imkan verəcək. Ancaq «IPv6» texnologiyasının tətbiqi hələ ki texniki cəhətdən çətindir.

Emil Hüseynov




28/09/15    Çap et