Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

«Android» istifadəçilərinin 78 faizi «NFC» texnologiyasının köməyi ilə alış-veriş edir


«Android» smartfon istifadəçilərinin 75 faizindən çoxu ticarət nöqtələrində öz telefonunun köməyi ilə alış-veriş etmək istəyir. «Helixion» şirkətinin tədqiqatına əsasən, «Android» platforması ilə işləyən smartfon sahiblərinin 78 faizi «Apple Pay» kimi ödəniş sistemindən istifadəyə razıdır.
 
 
«ICTnews.az» saytı «payspacemagazine.com» saytına istinadən yazır ki, tədqiqatda Böyük Britaniya, ABŞ, Avstraliya, Kanada və İtaliyadan 450 nəfər iştirak edib. Respondentlərin 50 faizi «Apple Pay» mobil ödəmə sisteminin işləməsindən xəbərdardır. Bu halda kontaktsız ödənişlər barədə daha çox ABŞ-da, ən az isə Avstraliyada məlumatlıdırlar.
 
 
Buna baxmayaraq, avstraliyalıların 83 faizi mobil telefondan ödəniş aləti kimi istifadə ideyası ilə maraqlanıb.
 
 
Böyük Britaniyada «Android» smartfonlarının yalnız 69 faiz sahibi onların ödəniş xüsusiyyətləri ilə maraqlanır.
 
 
Emil Hüseynov
 
 
 




28/09/15    Çap et