Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanın mobil telefon bazarı 29,5 faiz artıb


Yanvar-iyul aylarında Azərbaycana 4,5 milyon manat dəyərində 76,9 min ədəddən çox mobil telefon gətirilib. Trend-in məlumatına görə, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında deyilir.

Ötən ilin analoji göstəriciləri ilə müqayisədə, mobil telefon idxalının həcmi 29,5 faiz və ya pul vahidi ilə ifadədə 28,7 faiz artıb.

Orta hesabla ölkəyə hər ay təxminən on min mobil telefon idxal edilir. Mobil telefon bazarının aylıq həcmi pul vahidi ilə ifadədə təxminən 650 manat təşkil edir.




15/09/11    Çap et