Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yerli provayder internetin qiymətini 30%-dək endirir


KATV1 internet provayderi oktyabrın 1-dən etibarən genişzolaqlı internetin qiymətlərini endirəcəyini açıqlayıb. Şirkət internetin qiymətində 30 faizədək endirimin olacağını bəyan edib.
 
 
"ICTnews.az" elektron xəbər xidmətinin məlumatına görə, bu provayderin abunəçiləri 8 Mbit/s internetdən istifadəyə görə cəmi 18 manat ödəyəcəklər.
 
 
Qiyməti 23 manat olan "TV+internet" (100 TV kanal+8Mbit/s internet) baza paketinin abunəçiləri isə internet xidmətindən istifadəyə görə daha az məbləğ, faktiki olaraq 13 manat ödəyəcəklər.
 
 
Hazırda KATV1 fiziki şəxslərə və biznes qurumlarına genişzolaqlı internet xidməti təqdim edir. 
 
 
Qeyd edək ki, KATV1 kabel televiziyası təkcə paytaxt Bakıda deyil, Gəncə, Mingəçevir  və Xırdalan şəhərlərində də internet xidməti göstərir. 
 
 
Ətraflı məlumatı 127 nömrəli telefon məlumat mərkəzindən və KATV1 kabel televiziyasının "Facebook" sosial şəbəkəsindəki səhifəsindən  əldə etmək mümkündür.
 
 
 
SEYMUR




29/09/15    Çap et