Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanda İKT xidmətlərinin həcmi 10,5 faiz artıb


Yanvar-avqust aylarında Azərbaycanda təşkilatlara və əhaliyə göstərilmiş informasiya və rabitə xidmətlərinin həcmi 765,3 milyon manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövründəki göstəricidən 10,5 faiz çoxdur.

Dövlət Statistika Komitəsinin məlumatına görə, ümumi həcmdən 73,2 faiz əhaliyə göstərilən xidmətlərin payına düşür. Bu zaman əldə olunan gəlirlərin 62,4 faizi mobil rabitə xidmətlərinin payına düşür.

Mobil rabitə xidmətlərinin gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,1 faiz artaraq 477,7 milyon manat olub.




15/09/11    Çap et