Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Türkdilli ölkələrin Əməkdaşlıq Şurasının Katibliyi tərəfindən üzv ölkələr arasında ticarət əlaqələrinin genişləndirilməsi üçün portal yaradılıb


Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyənin üzv olduğu Türkdilli ölkələrin Əməkdaşlıq Şurasının Katibliyi tərəfindən üzv ölkələr arasında ticarət əlaqələrinin genişləndirilməsi məqsədilə  onlayn veb portal yaradılıb.

Portalda müxtəlif tədbirlər (sərgilər, treninq proqramları) və biznes imkanlarına dair faydalı məlumatlar ilə yanaşı, üzv ölkələrdə fəaliyyət göstərən şirkətlərdən ibarət onlayn məlumat bazası da mövcuddur.
 
 
AZPROMO-nun Biznes Məlumat Mərkəzinin direktoru Anar Qasımlının sözlərinə görə, şirkətlər dörd dildə fəaliyyət göstərən portalda birbaşa qeydiyyatdan keçərək öz fəaliyyətləri və istehsal etdiyi məhsullar haqqında məlumat yerləşdirə bilərlər. Portal şirkətlərə öz məhsul və xidmətlərini təşviq etmək, həmçinin  digər üzv ölkələrin şirkətləri ilə biznes əlaqələri qurmaq imkanını verir:
 
 “Portal tərəfindən göstərilən xidmətlər pulsuzdur”.
 
 
Qeyd edək ki, Türkdilli ölkələrin Əməkdaşlıq Şurasının Katibliyi 2009-cu ildən fəaliyyət göstərir.
 
 
Həqiqət İSABALAYEVA




29/09/15    Çap et