Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“İntel” mikroserverlər üçün yeni prosessorlar hazırlayır


“İntel” korporasiyası mikroserverlər üçün yeni aparat həllərinin çıxarılması ilə bağlı planlarını bölüşüb.

“İDF 2011” yaradıcıları (developer) üçün payız forumunda “İntel” nümayəndələri bildiriblər ki, oktyabr ayında “Pentium 350” çipi işıq üzü görəcək.

Onun əsasını “Sandy Bridge” arxitekturası təşkil edəcək; yayılan istilik enerjisinin (TDP) maksimal qiyməti 15 Vatt olacaq. Təəssüf ki, korporasiya yenilik barədə əlavə məlumat verməyib.

2012-ci ildə mikroserver seqmenti üçün atom nüvəsində olan bir neçə prosessor çıxarmaq planlaşdırılır. Belə məmulatların “TDP” göstəricisi 10 Vatt təşkil edəcək. Bundan başqa, kiçik enerji istehlakı ilə olan “Xeon” server çipləri xəttinin genişlənməsi gözlənilir.

“İntel” şirkəti belə hesab edir ki, gələcəkdə mikroserverlər “x86” arxitekturası ilə olan hesablama sistemləri bazarının 10%-ə qədərini tutacaq.




15/09/11    Çap et