Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

«3D» printer bazarında sürətli artım proqnozlaşdırılıb


«Gartner»in analitikləri yaxın gələcəkdə qlobal həcmli çap bazarında sürətli artım proqnozlaşdırır.
 
 
«ICTnews.az» saytı «dailycomm.ru» saytına istinadən yazır ki, tədqiqatçıların proqnozuna görə, 2015-ci ildə dünyada 244533 ədəd «3D» printer buraxılacaq, gələn il isə tədarükün həcmi 103 faiz artacaq. 2016-dan 2019-cu ilədək bu qurğuların tədarükü illik 2 dəfədən çox artaraq 5,6 milyona yaxınlaşacaq.
 
 
"Üçölçülü çap texnologiyalarının keyfiyyətini və məhsuldarlığını yüksəldən innovasiyaların sürətli inkişafı «3D» printerlərə həm istehlak, həm də korporativ tələbatı stimullaşdırır" - «Gartner»in tədqiqatlar üzrə vitse-prezidenti Pit Basiler bildirib.
 
 
«Gartner»in analitiklərinin proqnozuna görə, 2015-ci ildə 0-2500 dollar aralığında satılan «3D» printerlərin 25 faizi qiyməti 1000 dollaradək olan printerlərin payına düşəcək. 2019-cu ilə bu göstərici 40,7 faizədək artacaq.
 
 
Emil Hüseynov
 
 
 




29/09/15    Çap et