Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Çin “Beidou” naviqasiya sisteminin 20-ci peykini uğurla orbitə çıxarıb


Çinin “Changzheng-3В” (ingilis dilində Long March-3B adlanır) raketdaşıyıcısı “Siçan” kosmodromundan start götürərək kosmosa “Beidou” milli naviqasiya sisteminin 20-ci peykini uğurla orbitə çıxarıb. Bu barədə Çinin mərkəzi televiziyası məlumat verib.
 
Məlumata görə, yeni nəsil peykdə hidrogen atom saatları quraşdırılıb. Buraxılışdan sonra bu saatların və peykdə quraşdırılan yeni naviqasiya siqnalı ötürmə sisteminin bir neçə sınağının keçirilməsi planlaşdırılır.  
 
Məlumat üçün bildirək ki, 2011-ci ilin dekabrında kommersiya istifadəsinə verilən “Beidou” 2012-ci ilin dekabrından Asiya-Sakit okean regionu ölkələrində mülki xidmətlərin göstərilməsinə başlayıb. Sistemin tərkibinə hazırda sonuncu buraxılış nəzərə alınmaqla 20 aparat daxildir. Sistem Çin, qonşu ölkələr və Asiya-Sakit okean regionu ərazisində coğrafi koordinatların müəyyənləşdirilməsini təmin edir. 2020-ci ilədək peyklərin sayının 35-ə çatdırılması planlaşdırılır.
Bunun baş verəcəyi halda sistemdən bütün dünyada istifadə mümkün olacaq, - “TASS” yazır.
 




30/09/15    Çap et