ABŞ İnnovasiyalar İnstitutu yaradır
ABŞ-ın Müdafiə Departamenti texnologiya sahəsində ən yaxşı şirkətlərin, laboratoriya və universitetləri ilə birgə elastik elektronikanın istehsalının təkmilləşdirilməsi məqsədilə “Flextech” konsorsiumunu yaradıb.
“ICTnews” xəbər xidmətinin “
www.theverge.com” saytına istinadən verdiyi məlumata əsasən, departament “FlexTech Alliance” kimi tanınan konsorsiuma beş il müddətinə federal büdcədən 75 mln., digər maliyyə mənbələri hesabına isə 96 mln. dollar qrant ayırmaq niyyətindədir.
Konsorsiuma “Apple”, “Boeing”, “General Electric”, “General Motors”, “Lockheed Martin”, “Motorola Mobility”, “Qualcomm” şirkətləri, eləcə də Massaçusets Texnologiya İnstitutu, Cornell, Harvard, Stanford, Nyu-York universitetləri ilə yanaşı, 100-dən çox qurum daxildir.
“FlexTech” və ABŞ Müdafiə Departamenti (DoD) elastik elektronikanın ölçüsünü, çəkisini və maya dəyərini azaldaraq səmərəliliyinin artırılmasına çalışır. Bu sahəyə ayrılan dövlət qrantlarının məqsədi isə ABŞ daxilində elastik elektronikaların istehsal şəbəkəsinin yaradılmasıdır.
“FlexTech” konsorsiumu tezliklə, baş ofisi Kaliforniyanın San Jose şəhərində yerləşəcək Elastik Hibrid Elektronikalar üçün İnnovasiyalar İnstitutunun (Manufacturing Innovation Institute for Flexible Hybrid Electronics) yaradılmasına hazırlaşır.
Aynur Vəliyeva