Asiya regionunda sakinlərin 72,4 faizi onlayn ödəmələrdən istifadə edir
Asiya-Sakit okean regionunda rəqəmli ödənişlərlə bağlı yeni tədqiqatda Avstraliya, Çin, Hindistan, İndoneziya, Yaponiya, Malayziya, Yeni Zelandiya, Sinqapur və Tailandda məhsul və xidmətlərin elektron ödənişi üzrə inkişafdan danışılır.
Tədqiqatın əsas nəticələri aşağıdakılardır:
-
Tədqiqatda sözügedən regionun 8 ölkəsinin sakinləri iştirak edib. Onların 82 faizi rəqəmli ödəniş metodlarından istifadə edib.
-
Region ölkələrində respondentlərin 72,4 faizi onlayn ödəmələrdən, 32,8 faizi mobil pul kisəsindən və 13,3 faizi mobil puldan istifadə edir.
-
Asiyada onlayn ödəmələrin belə populyar olması tranzaksiyaların yüksək sürəti, onlayn ödəmələrə etibar və cüzi komissiyalarla izah edilir.
-
Çinli respondentlərin 70 faizi mobil pul kisəsindən istifadə edir. Hindistandan rəyi soruşulmuşların yalnız 40 faizi mobil telefon üzərindən məhsulları ödəyir. Regionda elektron ticarətin təkmilləşdirilməsi sayəsində mobil ödənişlər geniş yayılıb.
-
Asiya-Sakit okean regionu üzrə məhz Hindistanda məhsulların internet üzərindən rəqəmli ödəmə metodları daha sürətlə formalaşır.
-
Hindistan sakinləri əksər hallarda mobil ödənişlərdən telefon hesabının doldurulması, onlayn satınalmalar, kommunal ödənişlər və taksi xidmətinin ödənilməsində istifadə edirlər.
Emil Hüseynov